17 aprel 2023 16:45
517

Hacı Əliyev və daha üç güləşçi Avropa çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB

Azərbaycanın daha dörd sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

“İki sahil” xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Horst Castin Lehrə (Almaniya) qalib gəlib.

97 kq-dakı Maqomedxan Maqomedov Samuel Şerrerdən (İsveçrə), 79 kq-dakı Səbuhi Əmiraslanov Vladimeri Qamkrelidzedən (Gürcüstan) güclü olub.

65 kq-dakı Əli Rəhimzadə isə Vazgen Tevanyana (Ermənistan) uduzub.

Daha əvvəl Hacı Əliyev (70 kq) bu raundadək irəliləyə bilib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.