17 aprel 2023 15:06
335

Azərbaycan üzgüçüləri Macarıstandakı beynəlxalq turnirdə 32 medal qazanıblar

Azərbaycan üzgüçüləri Macarıstanın Şopron şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 32 medal qazanıblar.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, idmançılarımız 14 qızıl, 8 gümüş, 10 bürünc medal əldə ediblər.

Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya kimi komandaların mübarizə apardığı yarışda 18 üzgüçüdən ibarət yığmanın heyətində Məryəm Cavadova üç çempionluq, bir ikincilik qazanıb.

Həmçinin, Oqtay Hüseynov 2 qızıl, 1 gümüş, 1 bürünc, Amin Orujli 1 qızıl, Fərhad Şirməmmədli 1 qızıl, 2 gümüş, 1 bürünc, Xumar Mustafayeva 1 qızıl, 1 bürünc, Daniyal Muhəmməd 2 qızıl, Anastasiya Boborkina 1 qızıl, 1 bürünc, Əbdürrəhman Rüstəmov 2 qızıl, 2 gümüş, 1 bürünc, Timur Beker 1 qızıl, 1 bürünc, Mehri Abdürrəhmanlı 1 gümüş, Vlastina Xasyanova 1 gümüş, 1 bürünc, Orxan Əliyev, Sura Katerina, Ramal Sadıqlı isə 1 bürünc medal əldə ediblər.