17 aprel 2023 11:37
481

BŞH: Builki "Formula 1" yarışları üçün 100-dən çox ölkədən bilet alınıb

Builki "Formula 1" yarışları üçün 100-dən çox ölkədən bilet alınıb.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, biletlərin satılmasına görə ilk üçlükdə olan ölkələr Böyük Britaniya, Niderland və Azərbaycandır:

"Tribunaların bir çoxunda yerlər tam olaraq bitib. Çox az sayda yer qalıb".