17 aprel 2023 00:49
461

"Beşiktaş" - "Trabzonspor" oyunu qolsuz bitdi

Türkiyə Superliqasında 29-cu tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. "Trabzonspor" doğma meydanda "Beşiktaş"la qolsuz bərabərə qalıb. "Sivasspor" səfərdə "Giresunspor"a 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, turnir cədvəlinə 66 xalla (27 oyun) "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 60 xalla (27 oyun) 2-ci, "Beşiktaş" 56 xalla (28 oyun) 3-cüdür.

Türkiyə Superliqası,

29-cu tur

16 aprel

"Giresunspor" 1-0 "Sivasspor"
Qol: Puentes, 18

"Trabzonspor" 0-0 "Beşiktaş"