Bu gün Misli Premyer Liqasında 30-cu turu çərçivəsində turnir cədvəlinin lideri “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub.
“İki sahil” xəbər verir ki, Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami və Rauf Allahverdiyevdən ibarət hakimlər briqadasının idarə etdiyi qarşılaşma saat 19:00-da start götürüb.
Matçın 72-ci dəqiqəsində hesabı açan Coy Lens Mikels 76-cı dəqiqədə meydan sahiblərinin üstünlüyünü ii topa çatdırıb – 2-0.
Oyunun 86-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirən Riçard Almeyda buraxılan qollardan birinin əvəzini çıxsa da, "Qarabağ" məğlubiyyətdən xilas ola bilməyib.
Misli Premyer Liqası,
30-cu tur
16 aprel (bazar)
19:00. "Sabah" 2-1 "Qarabağ"
Qollar: Coy Lens Mikels, 72 (1:0), 76 (2:0), Riçard Almeyda, 86-pen. (2:1)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
"Bank Respublika Arena".