İngiltərə Premyer Liqasında 31-ci turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, bu gün lider "Arsenal" səfərdə "Vest Hem"lə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
"Vest Hem" - "Arsenal" - 2:2
Qollar: Jesus, 7 (0:1), Odeqard, 10 (0:2), Benrahma, 33 (1:2), Boven, 55 (2:2)
Bu xal itkisinindən sonra 2-ci pillədə qərarlaşan "Mançester Siti" "topçular"la xal fərqini minimuma endirə bilər. Hazırda "Arsenal"ın 74, 1 oyun az keçirən "şəhərlilər"in isə 70 xalı var.