16 aprel 2023 17:04
328

Azərbaycan Basketbol Liqasında XXVI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XXVI tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, bağlanış oyununda "Zirvə Astara" "Olimpik Şəki"ni qəbul edib. Astara Olimpiya İdman Kompleksində keçirilən meydan sahiblərinin 92:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Cerret Henderson (26 xal, 14 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (27 xal, 9 asist) olublar.

Qeyd edək ki, 26 turdan sonra "Zirvə Astara" 32 xalla 7-ci, "Olimpik Şəki" isə 28 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.