"Real"ın futbolçusu Toni Kroos klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
"İki sahil" jurnalist Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar prosesi son mərhələdədir. Alman oyunçunun klubu ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır. 33 yaşlı futbolçu 2014-cü ilin iyulundan "kral klubun"unda oynayır.
Qeyd edək ki, Kroos bu mövsüm La Liqada 22 oyuna çıxıb, 2 qol vurub, 5 qolun ötürməsini verib.