16 aprel 2023 12:01
338

Messi Ronaldonun rekordunu təkrarladı

PSJ-nin futbolçusu Lionel Messi "TOP-5" liqadakı qollara görə Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

"İki sahil"ə Squawka"ya istinadən xəbər verir ki, argentinalı hücumçu Liqa 1-in 31-ci turunda "Lens"lə qarşılaşmada (3:1) qol vurub. Bu qol onun "TOP-5" liqadakı 495-ci (572 oyuna) qolu olub.

Bununla da, Messi Ronaldonun(495 qol, 626 oyuna) bu göstəricidə rekordunu təkrarlayıb.

Qeyd edək ki, Ronaldo hazırda Avropada yox, Səudiyyə Ərəbistanının  “Əl-Nəsr” klubunda oynayır.