Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan ağırlıqqaldıranlarını və federasiya nümayəndələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qeyd edək ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız Avropa çempionatında yarışmaqdan imtina ediblər.
***
İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar.
“İki sahil” xəbər verir ki, Ermənistandan quru yolu ilə Tbilisiyə gələn atletlər Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanından “Buta Airways” aviareysi ilə Vətənə yola salınıblar. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da hava limanına gələrək atletlərlə görüşüb, onları yola düşənədək müşayiət ediblər.
Qeyd edək ki, azərbaycanlı atletləri təhlükəsizlik məqsədilə Ermənistandan Tbilisi hava limanınadək Ermənistandan 5 nəfər müşayiət edib.