15 aprel 2023 18:40
565

Avropa Ağır Atletika Federasiyası İrəvanda Azərbaycan Bayrağının yandırılmasını pisləyib

Avropa Ağır Atletika Federasiyası 14 aprel 2023-cü ildə Ermənistanın paytaxtı İrəvanda Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş verən hadisəni – bir nəfərin Azərbaycan Bayrağını yandırmasını qəti şəkildə qınayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Federasiyanın bəyanatında bildirilib.