14 aprel 2023 16:02
328

Ronaldo Qarsiya ilə vidalaşdı

"Əl Nəsr"in futbolçusu Kriştiano Ronaldo ötən gün istefaya göndərilən baş məşqçisi Rudi Qarsiya ilə vidalaşıb.

“İki sahil” xəbər verir ki, portuqaliyalı futbolçu sosial şəbəkə hesabında fransalı mütəxəssis haqqında yazıb: "Səninlə işləmək xoş idi. Gələcək karyeranda ən yaxşı şeyləri arzu edirəm".

Qeyd edək ki, Ronaldo və digər futbolçuların Qarsiya ilə yola getmədiyi haqda xəbərlər yayılıb. Rudi Qarsiya 2022-ci il iyunun sonunda kluba baş məşqçi təyin edilmişdi.