14 aprel 2023 13:51
455

Arda Turan Türkiyə klubunun baş məşqçisi təyin olunub

Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib.

Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib.

Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.