13 aprel 2023 12:48
445

Ançelotti: Qarşıda hələ 90 dəqiqə oyun var

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Çelsi"yə 2:0 hesabı ilə qalib gəldikləri ilk oyunu şərh edib.

“İki sahil” xəbər verir ki, o, qarşıda cavab matçının olduğunu xatırladıb:  “Unutmayın ki, “Çelsi” yaxşı oyunçuları olan güclü komandadır. Qarşılaşmadan 2:0 hesabı ilə qalib gəldik və üstünlüyə malikik. Amma hələ heç nə bitməyib. "Stemford Bric"də mübarizə aparmalıyıq. Bu, Çempionlar Liqasının 1/4 finalıdır. Biz növbəti oyuna hazır olmalıyıq. Mən futbolu çox yaxşı bilirəm. Futbolçularım başa düşürlər ki, qarşıda hələ 90 dəqiqə oyun var. Çətin olacaq".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 18-i keçiriləcək.