13 aprel 2023 11:42
396

Konfrans Liqasında 1/4 final start götürür

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

“İki sahil” xəbər verir ki, pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" (Belçika) İngiltərə "Vest Hem"ini qəbul edəcək.

Polşa "Lex"i İtaliya "Fiorentina"sını, Niderland "AZ Alkmaar"ı Belçika "Anderlext"ini, İsveçrə "Bazel"i Fransa "Nitsa"sını qəbul edəcək.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 20-də keçiriləcək.

Konfrans Liqası, 1/4 final
13 aprel

20:45. "Gent" (Belçika) - "Vest Hem" (İngiltərə)

23:00. "Lex" (Polşa) - "Fiorentina" (İtaliya)

23:00. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika)

23:00. "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)