13 aprel 2023 10:51
403

Şahmatın rapid növü üzrə komandalararası dünya çempionatının yeri və tarixi açıqlanıb

Şahmatın rapid növü üzrə dünya çempionatının keçiriləcəyi tarix və məkan bəlli olub.

“İki sahil” xəbər verir ki, yarış 26-28 avqustda Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək.

Komandalarda 6 qrossmeyster (1 qadın, ELO xalı 2000-dən az olan bir oyunçu) və 3 ehtiyat oyunçu yer alacaq.

Ümumilikdə 12 tur oynanılacaq. Dünya çempionatının mükafat fondu 250 000 avrodur.