12 aprel 2023 18:43
606

Fuad Bayramov: "Milli komandadan dəvət gözləyirdim"

"Milli komandadan dəvət gözləyirdim".

“İki sahil” xəbər verir ki, bunu müsahibəsində "Şamaxı" klubunun futbolçusu Fuad Bayramov deyib.

25 yaşlı cinah yarımmüdafiəçisi bildirib ki, hər bir oyunçu yığmanın şərəfini qorumaq istəyir: "Mən də millinin formasını qürurla geyinmək arzusundayam. Bunun üçün üzərimdə çox işləyirəm. Hər zaman hazıram. Hətta əlimdən gələnin artığını etməyə çalışacağam ki, dəvət alanda yaxşı formada olum".