12 aprel 2023 17:05
350

Amerika kubokunun vaxtı açıqlandı

2024-cü ildə keçiriləcək Amerika kubokunun vaxtı açıqlanıb.

"İki sahil" FİFA-nın saytına istinadən xəbər verir ki, sözügedən turnir iyunun 14-dən iyulun 14-dək Amerika Birləşmiş Ştatlarında keçiriləcək. 

Maraqlıdır ki, Almaniyada təşkil olunacaq Avro-2024 də eyni tarixdə keçiriləcək. Hər iki turnir eyni gündə başlayacaq, eyni gündə bitəcək.

 Qeyd edək ki, Amerika kubokunda 10 milli komanda mübarizə aparacaq.