12 aprel 2023 16:50
356

"Rubin"də baş məşqçi dəyişikliyi

Rusiyanın "Rubin" klubunda baş məşqçi dəyişikliyi olub.

"İki sahil" Kazan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Yuri Utkulbayevin müqaviləsinə xitam verilib.

Onu Rəşid Rəhimov əvəzləyib. Tacik əsilli rusiyalı məşqçi ilə bağlanan müqavilənin müddəti açıqlanmyıb. 

Rəşid Rəhimov buna qədər  Avstriyanın “Admira Vakker”, Rusiyanın “Perm Amkar”, “Lokomotiv” (Moskva), "Axmat" və "Ufa" klublarının baş məşqçisi olub.

Qeyd edək ki, Rusiyanın birinci divizionunda mübarizə aparan "Rubin" hazırda 47 xalla 2-ci pillədə qərarlaşıb.