12 aprel 2023 14:49
362

Tomas Tuhel: Komandama aşiq oldum

“Mən nəticə ilə razı deyiləm. Komanda olaraq daha yaxşı olduğumuz fazalarda çox ağır cəzalandırıldıq. Hesab 0:2 olana qədər yaxşı oynadıq. Nəticəyə göz yummaq istəmirəm, amma 70-ci dəqiqəyə kimi komandamızın çox keyfiyyətli oyununu gördüm".

“İki sahil” xəbər verir ki, bu sözləri "Bavariya"nın baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O bildirib ki, ən azı bir qol vurmağa layiq idilər: "Futbolçularımızda inam yox idi. Nəticədən məyusam, amma bu gün komandama, futbolçuların çıxışına  aşiq oldum. Qəribə səslənir, amma mən komandanın oyunundan həzz aldım”.