Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”baş məşqçisi Rudi Qarsiyanı istefaya göndərilə bilər.
"İki sahil" Səudiyyə Ərəbistanı mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi fransalı mütəxəssisin gələcəyi ilə bağlı yaxın vaxtlarda qərar verəcək. Hücumçu Kriştiano Ronaldo məşqçinin işindən və komandanın oyun tərzindən narazıdır. 38 yaşlı oyunçu hesab edir ki, "Əl-Nəsr" daha yüksək səviyyədə çıxış etməyə və titul qazanmağa qadirdir.
Rudi Qarsiya 2022-ci il iyunun sonunda kluba baş məşqçi təyin edilib. Komanda onun rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionatının 23 turunda 53 xal toplayıb və lider “Əl-İttihad”dan 3 xal geri qalır.
Xatırladaq ki, Ronaldonun 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanı klubu ilə imzaladığı müqavilədə baş məşqçi dəyişikliyi etmək hüququ ilə bağlı bənd olduğu iddia edilirdi.