11 aprel 2023 19:59
368

Dünya Kubokuna qatılacaq Azərbaycan gimnastları bəlli olub

Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub.

“İki sahil” federasiyadan verilən məlumata istinadən xəbər verir ki, 3 gün davam edəcək yarışda milli komandanın 8 üzvü qüvvəsini sınayacaq.

Fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri - Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva medal qazanmağa çalışacaqlar.

Bədii gimnastlar artıq Dünya kubokunda iştirak etmək üçün Daşkəndə yola düşüblər.