Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olunmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərə sadiqliyin təzahürüdür. Yeni qəbul edilmiş “Siyasi Partiyalar haqqında Qanun” inanırıq ki, siyasi dialoq mühitini daha rəngarəng məcraya daşıyacaq, bundan yanlız Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi qazanacaqdır. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürüdür.
Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır.T əsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühititnə tab gətirə bilmədiyi üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatları vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır. Ötən iki il “siyasi dialoq” məfhumunun aktuallaşdırılması mərhələsi idi.Ötən müddət siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi dövrü idi.Ötən dövr siyasi münasibətlərdə stereotiplərin dəyişdirilməsi mərhələsi idi.
Qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansını bəxş edən dövr idi. Ötən dövr siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması dövrü idi. Ötən dövr siyasi sistemin sağlamlaşdırılması dövrü idi. Ötən dövr sistemli islahatlara hazırlıq, habelə siyasi sistemin güclü və zəif tərəflərinin müəyyən olunması dövrü idi. Ötən dövr regionda formalaşan yeni reallığa adaptasiya dövrü idi.Ötən dövr “siyasi dialoq” məfhumunun demokratik siyasi mədəniyyətin ayrılmaz göstəricisinə çevrilməsi dövrü idi.
Sevinc Orucova,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 86" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri