12 mart 2023 12:38
473

Azərbaycanda milli kimliyin əsası Heydər Əliyev dövründə qoyulub - Eka Tkeşelaşvili

“Heydər Əliyev liderliyi müddətində Azərbaycanın inkişafı üçün böyük işlər görüb. Məhz Azərbaycanda milli kimliyin əsası Heydər Əliyev dövründə qoyulub”.

“İki sahil” xəbər verir ki, bunu 2010-2012-ci illərdə Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, milli kimliyin qorunması vacib məsələdir: “Heydər Əliyevin siyasəti və dünyagörüşü bizim nəsil üçün nümunə idi”.

O qeyd edib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin enerji siyasəti Avropaya enerji dəstəyi kimi qiymətləndirilməlidir.