12 mart 2023 10:26
410

Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı - Petar Stoyanov

“Bolqarıstan və Azərbaycan arasında hazırda yüksək səviyyədə əlaqələr var və Heydər Əliyev bu münasibətlərin güclənməsində rol oynayıb”.

“İki sahil” xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov deyib.

O bildirib ki, Heydər Əliyevin onun məqsədi Prezident olduğu dövrdə Azərbaycanım mövcud problemlərini həll etməklə yanaşı gələcək inkişaf üçün baza yaratmaq idi:

Onun gələcəklə bağlı fikirləri, zəngim təcrübəsi var idi:

“Mən Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı, münaqişə dövründə üzləşən çətinliklərdən və təhlükələrdən qurtardı”.