“Heydər Əliyevin dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub”.
“İki sahil” xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, tarixdə Heydər Əliyevin adı Azərbaycanın inkişafı ilə bağlıdır: "Heydər Əliyevin adı Azərbaycanda institusional islahatlar, iqtisadi inkişafla bağldır".
Prezident qeyd edib ki, həm Albaniya, həm də Azərbaycan SSRİ-nin tərkibində olub. Diktaturadan çıxmaq və ölkənin yaradılması xüsusi rəhbər tələb edirdi. Onun sözlərinə görə, Heydər Əliyev qarşısında duran bütün vəzifələrin öhdəsindən gələ bildi.