11 mart 2023 23:59
345

"Qalatasaray"dan qələbə, "Antalyaspor"dan darmadağın

Türkiyə Superliqasında 25-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, bu gün daha 2 matç keçirilib. Lider "Qalatasaray" "Kasımpaşa"ya 1:0 hesabı ilə qalib gəlib. "Antalyaspor" isə "Kayserispor"u darmadağın edib - 4:0.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla (24 oyun) "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 51 xalla (23 oyun) 2-ci, "Beşiktaş" 43 xalla (23 oyun) 3-cüdür.

Türkiyə Superliqası,

25-ci tur

11 mart

"Qalatasaray" 1-0 "Kasımpaşa"
Qol: Zaniolo, 57

"Antalyaspor" 4-0 "Kayserispor"
Qollar: Rayt, 33, Fredi, 52, Rayt, 68, Yıldırım, 90+7