Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyasına start verilib.
“İki sahil” xəbər verir ki, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyindən bildiriblər ki, kampaniyanın başlanğıcı olaraq Bakı şəhəri 113 nömrəli tam orta məktəbdə 100 ağac əkilib. “Bir” tələbə-könüllülər də ağacəkmə aksiyasında fəal iştirak ediblər.
Bu kampaniya çərçivəsində Bakı ilə yanaşı digər bölgələrdə də ümumilikdə 100 min ağac əkilməsi nəzərdə tutulur.