 
                    Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şəkili kənd ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan” mövzusunda görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin həm sovetlər, həm də müstəqllik dövründə ölkəmiz üçün gördüyü misilsiz işlərdən danışıb, dahi şəxsiyyətin ömrünü Azərbaycan xalqına xidmətə həsr etdiyini vurğulayıb.
Partiya fəallarından Aygün Əhmədova, Pərviz Çingiz oğlu və Hümbət Abbasov çıxışlarında Yeni Azərbaycan Partiyasının banisi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan təhsili, elmi və mədəniyyəti qarşısında olan misilsiz xidmətlərindən söz açıblar. Partiya fəalları bildiriblər ki, ölkəmizin gələcək inkişafı naminə bundan sonra da ümummilli liderin siyasi kursuna sədaqətlə xidmət edəcək, məhz bunun üçün də hər zaman Prezident İlham Əliyevin ətrafında birləşərək öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklər.
Sonda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim olunub.
 
                    
 
                    
 
                    
 
                    
 
                    
