23 fevral 2023 10:34
586

Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati vahid yoxdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi uğurlu daxili və xarici siyasət illərdir Azərbaycan xalqının ,dövlətinin rifahının,suverenliyinin,müstəqilliyinin qorunub saxlanılmasınz,beynəlxalq nüfuzunun yüksəldilməsinə,iqtisadi inkişafının təmin edilməsinə xidmət edir. Dəfələrlə beynəlxalq arenaların,təşkilatların tribunalarından Azərbaycanımızın haqq səsini çəkinmədən,yorulmadan dünya ictimaiyyətinə çatdırmağa çalışır. Tarixi 44 günlük qələbəmizin əldə olunmasında xalq birliyi ,ordu quruculuğu,ali baş komandanın liderliyi ilə bərabər prezidentin uğurlu diplomatik tədbirlərinin də rolu danılmazdır.Xarici siyasətdə silsilə fəaliyyətin davamı olaraq yaxın günlərdə dünya mediyasında olduqca maraqla qarşılanan Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin iştirakı və çıxışları ictimaiyyət tərəfindən olduqca maraqla qarşılanmışdır.

Fevralın 18-də Almaniyanın Münxen şəhərində Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.İlham Əliyevin də dediyi kimi tarixdə ilk dəfədir ki, üç ölkənin rəhbərləri görüşürdü, baxmayaraq Ermənistan baş naziri son ana qədər bu görüşdə iştirak etməkdən imtina edirdi. 

Bu konfrans Rusiyanın Ukraynaya müdaxiləsindən bir il sonra baş tutur və ötən il olduğu kimi, həmin mövzu bu konfransda da əsas olaraq qalırdı. Rusiyanın Ukraynaya qarşı müdaxiləsi, müharibəsi sizin ölkənizə necə təsir göstərdi? Sualı ilk olaraq Azərbaycan prezidenti İlham Əliyevə yönləndirildi.Bu müharibənin bizə birbaşa təsiri olmayıb,amma ümumi geosiyasi vəziyyət tamamıilə dəyişib .Bildiyiniz kimi bizim öz müharibəmiz olub “44 günlük”,müharibə nə olduğunu yaxşı bilirik,onun nə fəlakət ,dağıntılar gətirdiyini deyə bilərik cavabı ilə diqqəti yenə də  Azərbaycanın ,Qarabağ münaqişəsinin üzərinə çəkməyə nail olmuşdur.

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda baş verən son proseslərə toxunaraq Laçın yolunun 70 gündür bağlı olduğunu, humanitar böhrana səbəb olduğunu bildirməsi fikrinə Prezidentin cavabı isə olduqca məntiqli oldu. Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq.  

Önə çıxan ən aktual məsələlərdən  biri heç şübhəsiz ki geniş mənada Avropanın, yaxud Avrasiyanın təhlükəsizliyi məsələsidir. Azərbaycan artıq həm bu siyasi coğrafiyanın  hərbi-siyasi və enerji təhlükəsizliyi baxımından mühüm ölkəsidir. Ancaq bu da məsələnin hamısı deyil. Çünki Azərbaycan həm də Avropa ilə Asiya arasında təbii-tarixi geosiyasi körpü rolunu bir qədər də dərinləşdirərək onu yeni nəqliyyat və enerji infrastrukturu ilə zənginləşdirməyi bacarıb.  Ona görə də həm Avropanın, həm də Asiyanın təhlükəsizliyi üçün mühüm rol oynayan bir ölkənin lideri və bu yeni reallıqların strateji müəllifi olan siyasətçi kimi Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və fikirləri demək olar ki, bütün iştirakçıların diqqət mərkəzində idi. Bu, şübhəsiz ki, Azərbaycan diplomatiyasının böyük uğuru kimi yadda qaldı. Eyni zamanda gələcək dünya nizamının da yalnız hüquq və ədalət üzərində bərqərar olmasının mümkünlüyünü ifadə etmiş oldu. Ona görə də Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını və Cənubi Qafqazda mümkün sülhlə bağlı mövqeyini regional təhlükəsizliyin yeni və dayanıqlı prinsipləri kimi qəbul etmək olar.

Aytən Abbasova,
YAP Xətai rayon təşkilatının "Fəzail Bayramov 10" ünvanı üzrə ərazi partiyasının təşkilatının üzvü