 
                    Kürdəmir Regional “ASAN xidmət” mərkəzinin və Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş intellektual bilik yarışı keçirilib.
“İki sahil” xəbər verir ki, bilik yarışmasında rayonun müxtəlif idarə və təşkilatlarını təmsil edən gənclərin iştirak etdiyi 8 komanda öz gücünü sınayıb. Azərbaycanın müstəqillik tarixi Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Vətən müharibəsi tariximizin Zəfər salnaməsi haqqında suallara cavab verən komandalar müasir Azərbaycan gəncliyinin dünyagörüşü və elmi hazırlıq səviyyəsini uğurla nümayiş etdiriblər.
Bilik yarışında Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının komandası da iştirak edərək II yeri qazanmışdır.
Tədbirin sonunda I, II, III yerləri qazanan komandalar mükafatlandırılıb.
Tədbir yarış iştirakçıları tərəfindən maraqla qarşılanıb.
 
                    
 
                    
