 
                    Dağıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək .
“İki sahil” xəbər verir ki, bu, Azərbaycan və Dağıstan arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2023-2025-ci illər üçün Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına uyğun olaraq, tərəflər Dağıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsinə, Azərbaycanda isə Dağıstanın Xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər keçirilməsi barədə razılığa gəliblər.