Mingəçevir Azərbaycanın əhali sayı etibarı ilə ən böyük şəhərlərindən biridir. Bu şəhərdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri inkişaf etmişdir. Şəhər ərazisində 40 –a yaxın sənaye müəssisəsi, o cümlədən iki böyük Elektrik stansiyası və Mingəçevir SES yerləşir.
Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox qədimdir. Yerli əhali əkinçilik, sənətkarlıq, balçılıq, atçılıq və s, sahələrlə məşğul olmuşdur.
Mingəçevir şəhəri Azərbaycanın energetika mərkəzidir. Belə ki, ölkədə istehsal olunan bütün elektrik enerjisinin 65 faizi məhz bu şəhərin payına düşür. Məhz müasir Mingəçevirin təməli Mingəçevir su elektrik stansiyası tikintisi ilə bir vaxtda qoyulmuşdur.
Stansiyanın tikintisinə 1945- ci ildə başlanılmış, 1953 –cü ildə ilk hidroaqreqat əldə olunmuş, 1954- cü ildən stansiya tam gücü ilə işləməyə başlamışdır. Mingəçevir şəhərinin inkişafı ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Məhz ulu öndərin təşəbbüsü və qətiyyəti sayəsində Mingəçevir Azərbaycanın energetik mərkəzinə çevrilmişdir. Bu stansiya tək Azərbaycanın deyil, Cənubi Qafqazın ən iri enerji nəhəngi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında 27 fevral 2018- ci ildə “Mingəçevir” su elektrik stansiyasının yenidən qurma işlərindən sonra istifadəyə verilməsi baş tutmuşdur.
Bu yenidən qurma işləri sayəsində stansiyanın istehsal gücü artmışdır. Elektrik enerjisinin istehsal potensialı ölkədaxili tələbatı ödəməklə yanaşı, ixrac imkanı da yaradıb. Mingəçevir şəhəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düzgün və qətiyyətli siyasəti sayəsində ölkəmizin digər şəhərləri kimi, günü gündən gözəlləşir və inkişaf edir.
Aynurə Hacıyeva,
YAP Xətai rayon təşkilatının "Balaxan Süleymanov 20" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
Bakı şəhəri, 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-oftalmoloq
Bişkekdən Avrasiyaya: İlham Əliyevin strateji diplomatiyası Azərbaycanın mövqelərini gücləndirir
Azərbaycan-Özbəkistan dostluğu ədəbiyyatda: Zülfiyyə və Mirvarid Dilbazinin izləri