17 fevral 2023 11:15
780

Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir - FOTO

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Ləki qəsəbə  ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan”  mövzusunda görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Ləki qəsəbə  ərazi partiya təşkilatın sədri Fəxrəddin Abbasov ulu öndərin Azərbaycan üçün gördüyü işlərdən bəhs edib, dahi şəxsiyyətin xilaskarlıq missiyasından danışıb.

Partiya fəallarından Ayşən Əliyeva, Pəri Nuhova, Elnurə Şirəliyeva və Həlimə Nuhova ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu, ölkədə hər bir sahədə misilsiz xidmətlərinin olduğunu qeyd ediblər. Görüşdə o da qeyd edilib ki, qəsəbə ərazisində yaşayan sakinlər ulu öndərin siyasi kursunu yekdilliklə dəstəkləyir və Prezident İlham Əliyevin ətrafında sıx şəkildə birləşiblər.

Görüşdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin həm sovetlər, həm də müstəqillik illərində Azərbaycan naminə gördüyü böyük işlərdən danışıb.

Sonda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim olunub.