İtaliya A seriyasında mübarizə aparan "Udineze" Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün addım atıb.
“İki sahil” xəbər verir ki, komanda çempionatın 22-ci turunda "Sassuolo" ilə oyunda (2:2) geyindiyi formalarını hərracda satışa çıxarıb. Hərrac fevralın 18-də başa çatacaq. Satışdan əldə olunan gəlir Türkiyəyə göndəriləcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib, 30 min nəfər həyatını itirib.