13 fevral 2023 14:51
479

Xviça "TOP-5" liqalarda ən uğurlu debütantdır

"Napoli"nin futblçusu Xviça Kvaratsxeliya A seriyasında növbəti qolunu vurb.

“İki sahil” xəbər verir ki, o, ötən gecə çempionatın 22-ci turunda "Kremoneze" ilə matçda (3:0) fərqlənib. Nəticədə Kvaratsxeliya A seriyasında 9-cu qoluna imza atıb. 21 yaşlı yarımmüdafiəçi bunu 18 oyunda bacarıb. Xviça həm də 9 qolun ötürməsini verib.

Xviça belə göstərici ilə Avropanın "TOP-5" liqaları üzrə ən uğurlu debütantı olub.

Qeyd edək ki, gürcüstanlı futbolçu bu ilin yayından "Napoli"də oyayır. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.