13 fevral 2023 13:37
421

Voleybol üzrə Yüksək Liqada növbəti oyunların vaxtı dəqiqləşib

Voleybol üzrə kişilər arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı dəqiqləşib.

“İki sahil”in məlumatına görə, ölkə çempionatında III dövrənin oyunları fevralın 14-də start götürəcək. Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və “Neftçi” komandaları arasında olacaq.

Daha sonra “Xarı bülbül” və MOİK kollektivləri meydana çıxacaqlar. Bu görüş isə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, VII turun matçları Voleybol Mərkəzində təşkil olunacaq.