13 fevral 2023 13:27
483

AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.

“İki sahil”in məlumatına görə, o, Türkiyədə "Trabzonspor" və İsveçrənin "Bazel" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, fevralın 16-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.