12 fevral 2023 21:07
458

"Mançester Yunayted"dən qələbə

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Lids"lə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Lids" - "Mançester Yunayted" - 0:2

Qollar: Reşford, 80, Qarnaço, 85

Bu nəticədən sonra "Mançester Yunayted" 46 xalla 2-ci, "Lids" 19 xalla 17-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 51 xalla "Arsenal" başçılıq edir.