12 fevral 2023 01:44
496

Klublararası dünya çempionatının qalibi müəyyənləşdi

Klublararası dünya çempionatının final matçı keçirilib.

“İki sahil” xəbər verir ki, həlledici oyunda İspaniyanın "Real" və Səudiyyə Ərəbistanının "Əl Hilal" komandaları üz-üzə gəlib. 8 qolun vurulduğu matçda "Real" qalib olub.

Madrid klubu tarixində 5-ci dəfə klublarası dünya çempionu olub.

11 fevral

"Real" (İspaniya) - "Əl Hilal" (Səudiyyə Ərəbistanı) - 5:3
Qollar: V.Junior, 13, 69, F.Valverde, 18, 58, K.Benzema, 54 - M.Mareqa, 26, L.Vyetto, 63, 79