12 fevral 2023 01:32
466

"Gent"in oyununda 6 qol

Belçika çempionatında 25-ci turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” səfərdə “Vesterlo” ilə qarşılaşıb. Oyun 3:3 hesabı ilə başa çatıb. 

"Vesterlo" - "Gent" - 3:3

Qollar: Huqo Kuypers, 14 (0:1), Maksim Kuypers, 16 (1:1), Gift, 30 (1:2), Şadli, 35 (2:2), Van Eenoo, 47 (3:2), Gift, 66 (3:3)

“Gent” hazırda 39 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.