11 fevral 2023 22:43
459

Klublararası dünya çempionatında 3-cü yerin sahibi bilindi

Klublararası dünya çempionatında 3-cü yerin sahibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, büründ medal uğrunda matçda Misir "Əl Əhli"si ilə Braziliya "Flamenqo"su qarşılaşıb.  Mərakeşdəki "Stade de Tangier" stadionunda keçirilən görüş Braziliya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Əl Əhli" - "Flamenqo" - 2:4
Qollar: Qabriel, 11 (0:1), Abdel Kader Radvan, 37 (1:1), 60 (2:1), Abreu, 77 (2:2), Qabriel, 85 (2:3), Abreu, 90+1 (2:4)

Qeyd edək ki, klublararası dünya çempionatının finalında bu gün "Real" və "Əl Hilal" qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.