11 fevral 2023 20:02
480

U-19 millimizdən növbəti heç-heçə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını yekunlaşdıran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. 

“İki sahil” xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandasına qarşı oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində 90-cı dəqiqədə Rüfət Abbasov fərqlənib. 

Xatırladaq ki, bu komandalar arasında fevralın 8-də keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.