Misli Premyer Liqasının 22-ci turu çərçivəsində lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ı qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 15-ci dəqiqəsində Musa Qurbanlı hesabı açıb. Meydan sahibləri fasiləyə üstün yollansalar da 75-ci dəqiqədə Bəxtiyar Həsənalızadə “Sabah”ın bərabərlik qolunu vurub.
Oyunda başqa qol vurulmayıb.
Misli Premyer Liqası,
22-ci tur
11 fevral (şənbə)
17:00. “Qarabağ” 1–1 “Sabah”
Qollar: Musa Qurbanlı, 15 (1:0), Bəxtiyar Həsənalızadə, 75 (1:1)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov
“Azersun Arena”