11 fevral 2023 18:19
476

Qərb derbisini “Turan Tovuz” qazandı

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində “Turan Tovuz” “Kəpəz”i qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 45-ci dəqiqəsində Runi Eva hesabı açıb. Görüşün 48-ci dəqiqəsində isə meydan sahiblərinin ikinci qolunu vuran Xəyal Nəcəfov oyunda son nöqtəni qoyub.

Misli Premyer Liqası,

22-ci tur

11 fevral (şənbə)

14:00. “Turan Tovuz” 2–0 “Kəpəz”

Qollar: Runi Eva, 45 (1:0), Xəyal Nəcəfov, 48 (2:0)

Qırmızı vərəqə: Orxan Sadıqlı, 84 ("Kəpəz" - qapıçı)

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov

Tovuz şəhər stadionu