11 fevral 2023 08:42
394

MPL: Tovuzda qərb derbisi, Bakıda prinsipial oyun

Misli Premyer Liqasında 22-ci tur davam edir.

“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Çempionatımızda əvvəlcə Qərb derbisi reallaşacaq. "Turan Tovuz" doğma meydanda "Kəpəz"lə qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq.

Digər matçda isə lider "Qarabağ" 2-ci yerdəki "Sabah"ı qəbul edəcək. Bu oyun saat 17:00-da start götürəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

11 fevral (şənbə)

14:00. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov
Tovuz şəhər stadionu

17:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov
“Azersun Arena”

 12 fevral (bazar)

15:00. “Səbail” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Rəhman İmami, Səbuhi Bayramov
“ASCO Arena”

 17:30.“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”

10 fevral (cümə)

“Qəbələ” 0–0 “Neftçi”