10 fevral 2023 14:03
397

“Qəbələ”nin yeni transferi xəstələndi

“Qəbələ”nin iki futbolçusu Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə oyunu ərəfəsindəki son məşqdə iştirak etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Qırmızı-qaralar”ın belçikalı yeni transferi Əyyub Allaş hərarəti olduğu üçün hazırlığa qatılmayıb. Rüfət Əhmədov isə bərpa prosesini davam etdirir.

Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Neftçi” matçına saat 15:00-da start veriləcək.