10 fevral 2023 11:57
409

Millidə yeni baş məşqçi

Meksika millisinin yeni baş məşqçisi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, Dieqo Kokka bu vəzifəyə təyin olunub. Bu barədə Meksika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Maraqlıdı ki, argentinalı mütəxəssis yanvarın 1-də Meksikanın “Tiqres” klubuna keçib. Lakin o, daha sonra Meksika yığmasında işləmək istədiyini rəhbərliyə bildirib. Buna görə də "Tiqres” cəmi bir ay sonra Kokka ilə yollarını ayırıb.
 
Qeyd edək ki, ötən il keçirilən DÇ-2022-dən sonra Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.