10 fevral 2023 00:42
538

Messi "Bavariya" ilə ilk oyunu buraxa bilər

PSJ-nin hücumçusu Lionel Messi Çempionlar Liqasının 1/8 finalında "Bavariya"  ilə ilk oyunu buraxa bilər. 

“İki sahil” xəbər verir ki,  bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı oyunçunun diz sümükləri zədələnib. Bununla əlaqədar o, şənbə günü "Monako" ilə Liqa 1-də keçiriləcək oyunda iştirak etməyəcək. Messinin fevralın 14-də Parisdə “Bavariya” ilə oyunu buraxma ehtimalı var.

Qeyd edək ki, Messi bu mövsüm Çempionlar Liqasında 5 matçda 4 qol vurub və eyni sayda qolun ötürməsini verib.