Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən TFF-nin müraciətində qeyd olunmuş bank hesabına 500 min Türkiyə lirəsi (bugünkü məzənnə ilə 45 min 133 manat - red.) məbləğində maliyyə vəsaiti köçürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək üçün Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi media platformaları vasitəsilə ictimaiyyətə müraciəti nəzərə alınaraq bu addım atılıb.